Filtrlər

Ferra Filter – 2012-ci ildə Türkiyədə qurulmuş və Kirmit Şirkətlər Qrupunun nəzdində fəaliyyət göstərən iri həcmli və innovativ filtr istehsalı şirkətidir. Şirkət yüksək standartlara cavab verən yağ, yanacaq və hava filtrlərini istehsal edir. Filtrlər keyfiyyətli yağ və yanacaq filtrasiyasını, mühərrikin təmiz hava ilə təmin olunmasını və korroziyasının qarşısının alınmasını gerçəkləşdirməklə mühərrikin ömrünü uzadır, iş fəaliyyətini artırır və yanacaq sərfiyyatını minimallaşdırır. Ferra Filter bir çox məşhur dünya brendinin rəsmi iştehsalçısıdır (OEM). Məhsulların istehsal prosesinin bütün mərhələləri geniş nəzarət, test sistemi və laborator müayinələrin əsasında həyata keçirilir. Laborator müayinələrə hissəciklərin (partikulların) süzülməsi testi, filtrin keçiricilik səviyyəsi, su, nəm və hərarətin dəyişməsinə qarşı dözümlülüyü, məhsulun istifadə müddəti və digər fərqli testlər daxildir. Bütün məhsullara keyfiyyət sertifikatları (QC) verilir.