Haqqımızda

Filter Port – ağır texnikaların ehtiyat hissələri və servisi sahəsində uzun illər təcrübə qazanmış, yüksək səviyyəli mütəxəssislərdən təşkil olunmuş şirkətdir. Şirkət dünya standartlarına uyğun keyfiyyətli məhsulların satışını və servisini gerçəkləşdirməklə özünün bazarda yüksək etibar qazanmasını təmin etmişdir.

Şirkətimizin özəllikləri


1. Keyfiyyətə önəm

Şirkətimiz məşhur dünya brendlərinə (Ferra Filter, MOTUL və s.) məxsus sertifikatlı məhsulların satışını həyata keçirir və hər bir məhsula zəmanət təqdim edir. Hər bir məhsul istehsal prosesində laborator şəraitdə testdən keçirildikdən (Reverse engineering) sonra bazara çıxarılır.

2. Çoxyönlü fəaliyyət sahələri

Təklif olunan filtrlər təkcə bir sahəyə deyil, bir çox sahələrə aiddir: yol texnikası, avtomobil və digər yüngül kommersiya texnikaları, kənd təsərrüfatı texnikaları, mədən texnikaları, gəmi texnikaları, dəmir yolları, müxtəlif generatorlar və s.

3. Operativ servis

Eyni zamanda, təklif olunan məhsullara şirkətimiz tərəfindən operativ servis də təmin olunur.

4. Tərəfdaşlıq

Şirkətimiz hər zaman biznes tərəfdaşlığı üçün açıq şəraitdə fəaliyyət göstərir və qarşılıqlı işbirliyinə hər zaman hazırdır.

Fayllar